İctimai Şuradan istefa verən deputat Etibar Əliyev Elm və Təhsil Nazirliyi ilə bağlı yeni açıqlama verib.
Yenicag.az xəbər verir ki, millət vəkili açıqlamasında Elm və Təhsil Nazirliyinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş alıb gedən korrupsiya hallarına göz yumduğunu vurğulayıb.
“Azərbaycan Dövlət Neft və Sənaye Universiteti korrupsiya mənbəyinə çevrilib. Bu universitetdə korrupsiya adamı dəhşətə gətirir. Elm və Təhsil Nazirliyi də buna göz yumur. 30 ildən çoxdur müstəqil ölkəyik. Amma indiyə kimi heç bir universitetimiz top universitetlər siyahısına düşə bilmir. Bu, biabırçı göstəricidir.”
Xatırladaq ki, İyulun 10-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı vəzifəsindən azad olunub.
Babanlı 2015-ci ildən həmin universitetin rektor vəzifəsini icra edib.
www.yenicag.az