Deputatdan dəfələrlə Həccə gedənlərə ÇAĞIRIŞ: Həmin pulu...

media-hightechnic-468x90

“Həmin vəsaiti ehtiyacı olan kasıb insanlara sərf etmək daha savab hesab olunur”.

media-ceyhun6-1

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Həcc Ziyarəti üçün təşkil olunan turların qiymətinin artması fonunda bunun dini baxımdan əhəmiyyəti barədə danışarkən deyib.

Deputat bildirib ki, imkanı olan hər bir müsəlman Həccə getməlidir:

“Həcc, İslamın beş əsas şərtindən biridir. Yəni imkanı olan hər bir müsəlman Həcc ziyarətinə getməlidir. Çünki dini baxımdan vacib sayılır. Bu, yalnız imkanı olan insanlara aiddir. Yəni bir şəxsin maddi imkanı varsa, kifayət qədər vəsaiti mövcuddursa, o zaman Həccə getməsi vacib olur”.

Deputat bir neçə dəfə Həcc ziyarətinə gedənlərə də çağırış edib:

“Həccə bir dəfə getmək kifayət edir, ikinci və ya daha sonrakı dəfə Həccə getmək isə vacib deyil. Əksinə, həmin vəsaiti ehtiyacı olan kasıb insanlara sərf etmək daha savab hesab olunur.

Ümumilikdə, imkanı olub Həcc ziyarətinə getməyən müsəlman dini baxımdan məsuliyyət daşıyır. İnsanlar bunu düzgün anlamalıdırlar. Bu, dinin öz mövqeyidir və heç kim bunu təhrif edib fərqli şəkildə təqdim etməyə çalışmamalıdır. Dini baxımdan məsələyə düzgün yanaşmağı bacarmalıyıq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa