Deputatdan sərt bəyanat: "Hamısı protokol üçündür, vəssalam!"

media-hightechnic-468x90

ABŞ və Rusiyanın Alyaska Zirvəsi dünyanın gündəmindədir.

Yenicag.az xəbər verir ki, deputat Əziz Ələkbərli bu görüşlə bağlı maraqlı açıqlama verib.

Belə ki, Ə.Ələkbərli bu görüşün nəticələri ilə bağlı optimist şərhləri qınayıb:

“İstəyirəm, dünyada gedən proseslərə proqnoz verməyim, amma baxıram o qədər yanlış təxminlər səsləndirilir ki… Ona görə də istəyirəm biləsiniz, Ukrayna Rusiyanın işğal etdiyi bütün torpaqları ona (Rusiyaya) güzəştə getsə də, bu müharibə hələlik bitməyəcək və ya Rusiya işğal etdiyi bütün əraziləri Ukraynaya geri qaytarsa da, yenə bu müharibə hələlik bitməyəcək”.

Əziz Ələkbərlinin fikrincə, bütün görüşlər imitasiya xarakteri daşıyır:

“Bütün danışıqlar, görüşlər, müzakirələr protokol üçündür, vəssalam. İndilik təkcə onu deyə bilərəm ki, Ukrayna xalqı qəhrəman xalqdır!”

Qeyd edək ki, Əziz Ələkbərli həm də Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədridir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa