Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputatlar bu gün toplaşır - 38 məsələ gündəmdə

Reklam: High Technic

Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.

Yenicag.az-ın məlumatına görə, iclasda Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil ediləcək, 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiq ediləcək, parlamentin iki komitəsinə sədr müavinləri seçiləcək.

Bundan əlavə iclasda Əmək Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında” və “Əmək pensiyaları haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Patent haqqında” və digər qanunlara əlavə və dəyişikliklər ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 38 məsələ daxildir.

www.yenicag.az

3755
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100