Deputatlar Səyavuş Novruzovun təklifinə nə reaksiya verdilər?

media-hightechnic-468x90

milli meclis esas edcfgbh6Fazil Mustafa: “Səyavuş Novruzovun təklifi Konstitusiyaya uyğun deyil”

Zahid Oruc: “Təklifinin parlamentdə dəyərləndirilməsi mümkündür”

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov təklif edib ki, ölkədə mitinqlərin keçirilmə günü və müddəti müəyyənləşdirilsin. O bu təklifini mitinqlərin əksəriyyətinin istirahət günü keçirildiyi və bu zaman istirahət etməli olan hüquq mühafizə orqanlarının istirahət hüquqlarının pozulması ilə əsaslandırıb.

 

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında millət vəkili Fazil Mustafa səslənən təklifin Konstitusiyaya zidd olduğunu bildirdi: “Bu təklifdə qanunvericiliyə uyğun gəlməyən məqamlar var. Bütün hallarda vətəndaşın sərbəst toplaşma azadlığını təmin etmə hüququ vardır. Polisin də onun təhlükəsizliyini təmin etmək hüququ var. Ona görə belə tədbirlər bazar gününə, bayram günlərinə də düşə bilər. Bunu ancaq mitinqin keçirilməməsinin mümkünsüzlüyünü qanunvericiliklə müəyyən edən hallar dəqiqləşdirir. Orada yazılmır ki, bazar günləri mitinqlər keçirilməsin. Orada qeyd olunur ki, vətəndaşların sağlamlığına ziyan vuran, onların istirahət hüququnu pozan addımlar olarsa aksiyalara icazə verilmir. Hüquq mühafizə orqanları təhlükəsizliklə məşğuldur və növbəlilik prinsipi ilə məsələni həll etməlidirlər. Səyavuş Novruzovun təklifi Konstitusiyaya uyğun deyil. Ona qalsa polis iş günləri də başqa bir kriminal hadisə olduğunu əsas gətirməklə təhlükəsizliyi təmin etməkdən müəyyən dərəcədə uzaqlaşa bilər”.

Millət vəkili Zahid Oruc isə ümumən S. Novruzovun təklifi ilə həmrəy olduğunu söylədi: “Sərbəst toplaşma azadlığı haqqında” qanunun əksər müddəaları Avropa Şurasının Venesiya Komissiyası ilə razılaşdırılıb və iki mərhələdən keçməklə son variantda parlamentdə qəbul olundu. O zaman bunun kifayət qədər liberal qanunvericilik və vətəndaşların hüquq və azadlıqlarının təmini üçün yararlı olduğu qeyd olundu. Yeganə olaraq qanunun fərqli bir formada interpretasiyası mövcud idi. Lakin əminəm ki, bu məsələ ətrafında bəlli çəkişmələr həllini tapıb. İndi artıq hər yerdə, hər zaman deyil, xüsusi hallarda qanunun tətbiqində məhdudluqlara yol verildiyi bildirilir. Həmkarımızın mitinqlərin keçirilmə müddəti və vaxtının müəyyənləşdirilməsi ilə bağlı təklifinin parlamentdə dəyərləndirilməsi mümkündür. Etiraf etmək lazımdır ki, hər bir halda sərbəst toplaşma azadlığını gerçəkləşdirən zaman, başqa insanların da haqlarını nəzərə almalıyıq. Bununla bərabər istənilən məsələ müzakirə tələb edir. Siyavuş Növruzov təklifi parlamentdə irəli sürə bilər və onun burada kifayət qədər geniş dəstək qazanması da mümkündür. Ona görə də bu barədə hökm vermədən məsələni parlamentin müzakirəsinin ixtiyarına buraxmaq lazımdır. Məsələ ətrafında bütün rəyləri, mövqeləri, beynəlxalq praktikanı nəzər edib, təhlildən keçirdikdən sonra onun barəsində qərar vermək mümkündür”.

 

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600