Deputatlar və jurnalistlər qan verdilər-Foto

media-hightechnic-468x90

ccbBu gün Parlament Jurnalistlər Birliyi Qızıl Aypara Cəmiyyəti ilə birlikdə qana ehtiyacı olan xəstələrə yardım etmək üçün Mərkəzi Qan Bankında qanvermə aksiyası keçirib.

Qanvermə aksiyasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat Novruz Aslanov, Parlament Jurnalistlər Birliyinin sədri və Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, birliyin üzvləri, deputatlar, jurnalistlər, ictimai aktiv şəxslər və könüllülər iştirak edib.

Qanvermə aksiyasında çıxış edən Novruz Aslanov ilk növbədə könüllü iştirak edən şəxslərə minnətdarlığını bidirərək mart ayının 10-na kimi bu cür tədbirlərin keçiriləcəyini bildirib: “Birinci növbədə təşəkkürümü bizim könüllülərimizə bildirmək istəyirəm. Bildiyiniz kimi, prezident İlham Əliyevin sərəncamına uyğun olaraq hər il martın 10-da Azərbaycanda Qızıl Aypara Cəmiyyəti günü kimi qeyd edilir. Bu il martın 10-da Qızıl Aypara Cəmiyyətinin 95 illiyi qeyd olunacaq. Təbii ki, martın 10-na qədər Qızıl Aypara Cəmiyyəti öz şanlı tarixini yaşatmaq və o tarixi hadisələri yada salmaq üçün silsilə tədbirlər həyata keçirəcək”.

Səhiyyə naziri Oqtay Şirəliyevə və Qan İnstitutunun rəhbərliyinə təşəkkür edən Novruz Aslanov əməkdaşlığın yüksək səviyyədə aparıldığlını vurğulayıb. O, Milli Məclis üzvlərinin də mart ayının 5-də keçiriləcək qanvermə aksiyasında iştirak edəcəklərini bildirib: “İnsanların qana olan ehtiyacını kütləvi informasiya vasitələri ilə hər zaman bildirmişəm. Biz qan verərək yaşadırıq. İnsanlara qida verəndə fəaliyyətini davam etdirir, su verəndə susuzluğunu yatırır, ancaq qan vermək tamamilə başqa xeyirxahlıqdır. Qan verirsənsə, deməli kimisə yaşadırsan. İstəyirəm ki, bu işin fəlsəfəsini hər bir insan dərk etsin”.

Sox sayda könüllülərin də iştirak etdiyi qanvermə aksiyası mart ayının 10-a kimi silsilə tədbirlər şəklində davam etdiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600