Deputatlarımız Paraqvayda Senatın prezidenti ilə görüşüb

media-hightechnic-468x90

91110Cənubi Amerikada səfərdə olan Azərbaycan Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyəti Paraqvay Respublikasında bir sıra görüşlər keçirib.

Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, nümayəndə heyəti ilk olaraq Milli Konqresin və Senatın prezidenti Blas Yano, Deputatlar Palatasının Prezidenti Don Huqo Velaskez, xarici işlər nazirinin müavini, mədən və enerji nazirinin müavini ilə görüşüblər.

Görüşdə tərəflər iki ölkə parlamenti arasında əlaqələrdən və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Paraqvay – Azərbaycanla diplomatik münasibətləri 2004-ci il aprelin 20-də qurub. İki ölkə arasında diplomatik münasibətlərin yaradılması haqqında birgə kommünike imzalanıb.

Səfər çərçivəsində Azərbaycan Milli Məclisinin deputat qrupu həmçinin Kənd təsərrüfatı nazirinin müavini və ARP (Paraqvay Kənd təsərrüfatı Assosasiyası), FECOPROD (İstehsal Korporativləri Federasiyası), APROLE (Süd Məhsullarının İstehsalçıları və Südçülük Təsərrüfatçıları Assosiyasıyası) nümayəndələri ilə birgə görüşü keçirilib.

Qeyd edək ki, Cənubi Amerika ölkələrinə səfər edən deputat qrupunun təribinə Milli Məclisin deputatı Fuad Muradov, Cavanşir Feyziyev, Aslan Cəfərov, Muxtar Babayev və Asim Mollazadə daxildir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600