!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputatların "LƏYAQƏTLİ BÜDCƏ"Sİ: "Pensiya artımı simvolik səviyyədə olacaq" - İQTİSADÇI

Gələn ildən etibarən pensiyanın minimum məbləği artırılacaq. Belə ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, pensiyaçılar üçün 176 manat məbləğində müəyyən edilib. 

Pensiyaların minimum məbləğinin artırılması ilə bağlı iqtisadçı Məhəmməd Talıblı öz fikirlərini Yenicag.az-la bölüşüb.

İqtisadçı qeyd edib ki, pensiya artımı heç də büdcədən ayrılan vəsait hesabına baş tutmayacaq:

“Növbəti ilin pensiyalarında artım olsa da, bu, simvolik səviyyədə olacaq. Bu artımlar büdcədən ayrılacaq vəsaitlərin artması hesabına deyil, pensiya alanların sayının azalması və onlara çatmalı olan vəsaitlərin digər pensiyaçıların artımlarına əlavə kimi ediləcək. Belə ki, 2022-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 3,5 milyard manat vəsait proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 127 milyon manat və ya 3,4 faiz az, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 453,2 milyon manat və ya 14,6 faiz çoxdur. Bu o deməkdir ki, bizim büdcədən sosial gözləntilərimiz böyük olmalı deyil.

Doğrudur, bəzi deputatlar deyirlər ki, növbəti ilin dövlət büdcəsi “layaqətli büdcədir”. Yəni insanları sosial təminat baxımından belə adlandırırlar. Bu fikrin arxasında duran əsas amil kimi sosialyönümlü xərclərin artmasını göstərirlər. Bunu söyləyən deputatlar “ləyaqət” anlayışını büdcədən sosialyönümlü xərclərin çox olması ilə əlaqələndirirlər. Lakin nəzərə almırlar ki, ləyaqət anlayışı təkcə sosial rifahla bağlı anlayış deyil.

Ləyaqətli büdcədə daha çox ləyaqətli əməkhaqqı anlayışı da nəzərə alınmalıdır. Azərbaycanda ləyaqətli əməkhaqqı sadəcə qeyri-qanuni gəlir əldə etmədən çox az hallarda mümkün ola bilən hala gəlib”.

Gülşən Şərif

www.yenicag.az

2087
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100