!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlığa namizəd Güloğlan Cabbarov seçiciləri ilə növbəti dəfə görüş keçirib - Fotolar

!Reklam – Yazi

Bu gün 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində 19 saylı Nərimanov birinci seçki dairəsindən namizədliyini müstəqil şəkildə irəli sürən Güloğlan Cabbarovun təbliğat-təşviqat işləri çərçivəsində Nərimanov rayon sakinləri ilə geniş tərkibli görüşü baş tutub.

Yenicag.az xəbər verir ki, görüşdə çıxış edən Fəxrəddin Nağıyev deputatlığa namizəd Güloğlan Cabbarovun yanvar ayının 17-dən etibarən başlayan təbliğat-təşviqat kampaniyasının arzuolunan səviyyədə keçdiyini və seçicilərin etimadını qazandığını vurğulayıb. O, Güloğlan Cabbarovun Milli Məclisdə layiq olduğu yeri tutacağına inandığını bildirib.

Daha sonra çıxış edən Aydın Mehdiyev qeyd edib ki, seçicilər Güloğlan Cabbarovun namizədliyini dəstəkləyir və ona səs verəcəklər. Aydın Mehdiyev bu ilki seçki prosesinin tam şəffaf şəkildə həyata keçirildiyinə inandığını da qeyd edib.

Görüşdə Vurğun Həsənov, Vüqar Piriyev, şairə Nailə İmanlı, Çimnaz Məmmədova və digər seçicilər öz namizədinə uğurlar arzulayıb və ona güvəndiklərini bildiriblər.

Sonda çıxış edən deputatlığa namizəd Güloğlan Cabbarov göstərilən dəstəyə görə seçicilərinə minnətdarlığını bildirib. O, dəstək üçün Türkiyədən gələn qonaqların olduğunu da vurğulayıb. Son illər ölkə prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlara toxunan deputatlığa namizəd Güloğlan Cabbarov bu islahatların cəmiyyətimizin inkişafında və əhalinin sosial rifahının yaxşılaşmasında müsbət rol olduğunu vuruğlayıb. Əsas devizinin “Bizim yolumuz haqq yoludur, ədalət yoludur!” olduğunu deyən, Güloğlan Cabbarov deputatlığa namizədliyində əsas məqsədinin məhz seçicilərinin sosial problemlərinin həlli ilə bağlı olduğunu qeyd edib. O, seçiciləri tərəfindən böyük dəstək gördüyünü və qələbə qazanacağına inandığını bildirib.

www.yenicag.az

926
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv