Dərbənddə qədim karvansaranın qalıqları tapıldı – FOTO

media-hightechnic-468x90

Dərbənd Muzey-Qoruğunun əməkdaşları şəhərin mərkəzindəki Köhnə bazar meydanında yaşayış binalarının altında qədim tikilinin qalıqlarını aşkar ediblər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə muzeyin “Telegram” kanalında məlumat verilib.

İlkin hesablamalara görə, bunlar 17-ci əsrə aid qədim karvansaranın qalıqlarıdır. Məlumata görə, Dərbəndin köhnə rəsmlərində (Adam Olearius 1638, Eyxvald 1825) bu yerdə böyük kvadrat şəkilli karvansara aydın görünür. Məlumdur ki, 17-ci əsrdə şəhərin bazar meydanına baxan üç karvansara olub.

Bildirilir ki, hazırda karvansaranın yalnız yeraltı hissəsi aşkar edilib.

Muzey-qoruq müəyyən edilmiş obyekti qeydiyyata salmaq və əlavə ekspertiza aparmaq üçün Dağıstan Respublikasının Mədəni İrsin Mühafizəsi Agentliyinə sorğu göndərəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05