"Dəyişikliklər asan baş vermir" — Deputatdan TƏBİB-dəki islahatlara REAKSİYA

media-hightechnic-468x90

“TƏBİB-də həyata keçirilən islahatlar vətəndaş məmnunluğunun artırılmasına hədəflənib”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.

media-7e00998b-4f7e-4887-896c-38658a35d8f8

Xəbər verdiyimiz kimi, TƏBİB-də rəhbər dəyişikliyi baş verib. Qurumda aparılan struktur islahatları çərçivəsində Vüqar Qurbanovu bu vəzifədə Anar Bayramlı əvəz edib.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva qurumdakı yeniliklərlə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, səhiyyə sahəsindəki davamlı islahatlar dövlətin əhalinin sosial müdafiəsinə yönəlmiş siyasətinin mühüm tərkib hissəsidir:

“İdarəçiliyin optimallaşdırılması və eyni tipli xidmət strukturlarının birləşdirilməsi vətəndaşların daha operativ, keyfiyyətli və səmərəli xidmət almasına hesablanıb. “Tibbi sığorta haqqında” qanuna əsasən, icbari tibbi sığorta əhalinin sosial müdafiə forması olmaqla dövlət sosial sığortasının tərkib hissəsidir. Tibbi və sosial sığorta qurumlarının fəaliyyətinin sinxronlaşdırılması da məhz bu müddəanı təsdiqləyir. İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi tibb müəssisələrinə müraciət sayını artırdığı üçün yeni çağırışlara uyğunlaşma ehtiyacı yarandı. Bu da öz növbəsində resursların əhalinin tələblərinə uyğun bölüşdürülməsini tələb edir. Məsələn, əgər Lənkərandan oftalmoloji xidmətlər üçün Bakıya müraciət çoxdursa, elə yerindəcə müvafiq mərkəz açılmalıdır. Bu, həm də paytaxta əhali axınının qarşısını alar”.

Deputat vurğulayıb ki, qurumda aparılan islahatlar gələcək vəd edən müsbət dəyişikliklərin göstəricisidir:

“TƏBİB-dəki islahatlar vətəndaş məmnunluğunun artırılmasına və sistemin müasir çağırışlara operativ uyğunlaşdırılmasına xidmət edir. Bu dəyişikliklər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına yönəlib. Xüsusilə rəqəmsal texnologiyaların tətbiqi sürətləndirilməlidir. Elektron reseptlər, onlayn məsləhətlər və vahid tibbi məlumat bazasının yaradılması həm həkimlərin işini asanlaşdırır, həm də pasiyentlərin xidmətə əlçatanlığını təmin edir. Bu, eyni zamanda səhiyyə xərclərini daha dəqiq proqnozlaşdırmağa imkan verir.

Dəyişikliklər asan baş vermir, hər bir islahat zaman və resurs tələb edir. Lakin istiqamət aydındır: səhiyyə sistemi insan amilinə əsaslanmalı və vətəndaşın ehtiyaclarına uyğun formalaşmalıdır”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05