!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Diaqnostik ultrasəsdə yeni era” başlayır - FOTOLAR

!Reklam – Yazi

Bakıda “Diaqnostik ultrasəsdə yeni era” adlı beynəlxalq konfrans keçilir.

Yenicag.az xəbər verir ki, konfransda yerli tibb mütəxəssisləri ilə yanaşı əcnəbi həkimlər də iştirak edir.

Səhiyyə Nazirliyi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkilati dəstəyi, “Arash Medical Company”, “Canon Medical Systems”in sponsorluğu ilə keçirilən tədbirə Almaniya, Hollandiya, Portuqaliya və digər ölkələrdən dəvət olunan 200-dən artıq qonaq qatılıb.

Tədbirin əsas məqsədi yeni nəsil ultrasəs aparatları, onların üstünlükləri, fayda və imkanları haqqında geniş məlumat vermək, fikir və təcrübə mübadiləsi etməkdən ibarətdir.

Tədbiri giriş sözü ilə açan ADHT-nin prorektoru, dosent Təyyar Eyvazov konfransın əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın Ümumdünya Səhiyyə sistemindəki mövqeyi və bu mövqeyin qorunub saxlanılması üçün, səhiyyəmizin günü-gündən inkişaf etməsi, bu istiqamətdə tibbi diaqnostikanın da etibarlılığının mühüm amil olmasından danışıb.

Daha sonra əcnəbi mütəxəssislər -Vesam İbrahim (Hollandiya) , Horst Kinkel (Almaniya), Jader Kruz (Portuqaliya) və başqalarının “Yeni üstün vasitələr”, “Fokal qaraciyər törəmələrinin xarakterizə olunması”, müntəzəm müayinələrdə “Super mikrovascular imaging” mövzusunda məruzələri dinlənilib.

Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Daha sonra “Canon Medical Systems” şirkətinin Tədqiqatlara Dəstək üzrə qlobal meneceri Minoru Aoki (Yaponiya) Azərbaycanda istifadə olunan müasir tibbi avadanlıqlar və həmin avadanlıqlardan istifadə edən həkim heyətinin peşəkarlaşması yolunda atılan ciddi addımlardan danışıb. Fasilədən sonra qonaqlar foyedə sərgilənən yeni innovativ tibbi avadanlıqlar, cihaz və alətlərlə tanış olublar.

Qeyd edək ki, “Arash Medical Company” Azərbaycanda innovativ tibbi avadanlıqların idxalı, satışı və satışdan sonrakı texniki servisi həyata keçirən, qüsursuz işi ilə fərqlənən şirkətdir. Konfrans axşam saatlarına qədər davam edəcək.

www.yenicag.az

2387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv