Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunan sosial media fenomeni Dilan Poladın cinayət işi üzrə istintaq tamamlanıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Anadolu Baş Prokurorluğunda Dilan Poladın 27 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polad və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşad Polad daxil olmaqla 24 nəfər saxlanılıb.
Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. Ötən ay isə Dilan Poladın bacısı Sıla Doğu və qardaşı Can Doğu sərbəst buraxılıb.
www.yenicag.az