DİM: 2 abiturientdə telefon aşkarlandı, 1 nəzarətçi imtahandan kənarlaşdırıldı

media-hightechnic-468x90

III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Bu barədə Yenicag.az-a DİM-dən bildirilib.
Qeyd edilib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq.

“1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq”, – məlumatda vurğulanır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa