Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİM-dən özəl universitetlərə MÜRACİƏT - Bu tələbələrə güzəşt edilməlidir

Özəl ali təhsil müəssisələri, əsasən, humanitar və iqtisadiyyat ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirir.

Bu barədə Yenicag.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur.

Onlar ərizələrinin ilk mövqelərində, əsasən, dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar. 2020-ci ildə sənəd verən abituriyentlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 6.21%, subbakalavrlar arasında isə cəmi 8.26% olub.

2000-ci illərin birinci yarısında bu göstərici 0.67% olmuşdu. On beş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox cüzidir. Bu baxımdan, hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyil.

2010-cu ilə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə, əsasən, bu cür abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı. Bu gün özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq, ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək imkanına malikdirlər. Bunun üçün isə onlar həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsilhaqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. Təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyil. Ümumiyyətlə, ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan gənclərin bilik səviyyələri bir-birindən ciddi fərqlənir.

Özəl ali təhsil müəssisələri arasında yüksək hazırılıqlı abituriyentlər Xəzər Universitetinə üstünlük verirlər. Keçən il bu universitetin ixtisaslarına qəbul olan abituriyentlərin orta bal göstəriciləri I qrup üzrə 459.558, II qrup üzrə 335.947, III qrup üzrə 384.276 və IV qrup üzrə 386.525 bal olub. Xəzər Universiteti istisna olmaqla, digər özəl ali təhsil müəssisələrinə və regionlarda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin orta bal göstəriciləri aşağı olub.

www.yenicag.az

197
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100