!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİM-in doktorantura imtahanında yaranan PROBLEM: "İdarəetmə səviyyəsinin aşağı olduğunu demək..." - RƏY

!Reklam – Yazi

Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən doktorantura və dissertantura səviyyəsində xarici dildən təşkil edilmiş qəbul imtahanında problemlər yaşanıb. Belə ki, namizədlərə verilmiş sual kitabçalarının üzərində 1-5-ci test tapşırıqlarının monoloq tipli birinci dinləmə mətninə, 6-10-cu test tapşırıqlarının isə dialoq tipli dinləmə mətninə aid olduğu qeyd edilsə də, test kitabçasında mətnlərin yerləri və nömrələri dəyişik olub. Nəticədə namizədlər verilmiş zaman aralığında 1-5-ci test tapşırıqları ilə tanış olduqdan sonra mətn səsləndirilib. Bu zaman bəlli olub ki, səslənən mətn 6-10-cu test tapşırıqlarının dinləmə mətnidir. Bu isə namizədlərdə çaşqınlıq yaradıb.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, növbəti imtahanlarda məlum texniki problemin yaşanmaması arzuolunandır:

“Ötən gün Dövlət İmtahan Mərkəzinin doktorantura ilə yanaşı, fəlsəfə doktoru adı üçün xarici dildən keçirdiyi imtahanda müəyyən texniki problemlər yaşandı. Bu problemlər imtahan verənlərin vaxt itkisinə və psixoloji olaraq çaşqınlıq yaşamasına səbəb olub. İtirilmiş dəqiqələrə görə kompensasiya olsa da, ümumilikdə, imtahan verənlərdə çaşqınlığın yaşanması imtahan motivasiyanın aşağı düşməsinə yol açıb. Ötən gün bununla bağlı mənə onlarla müraciət daxil olub. Həmin şəxslər nəticələrin hansı kriteriyalara görə hesablanacağını öyrənmək istəyirlər. Texniki problem ucbatından yaranan vəziyyətə görə DİM-in güzəşt etməsi təqdirəlayiq haldır. Onu da qeyd edim ki, bu cür problemin yaşanmasında idarəetmə səviyyəsinin aşağı olduğunu demək düzgün olmaz. DİM hər il imtahanlar keçirir, eyni zamanda, keçirdiyi imtahanlarda kifayət qədər namizədlər iştirak edir”.

Qeyd edək ki, baş vermiş halla əlaqədar dinləmə mətnlərinin cavablandırılmasında çətinlik çəkdiklərini iddia edən iştirakçıların müraciəti əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən onların bu imtahandakı yalnız dinləmə bloku üzrə nəticələri ləğv edilərək həmin blok üzrə yenidən imtahan təşkil olunacaq. Bu imtahandan toplanılan bal dinləmə bloku üzrə yekun imtahan nəticəsi kimi əsas götürüləcək.

Gülşən Şərif

www.yenicag.az

649
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv