DİM peşəkar mühasib sertifikatı üzrə sınaq imtahanı keçirdi

media-hightechnic-468x90

Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda peşəkar mühasib sertifikatı imtahanının I və II mərhələsi üzrə sınaq imtahanı təşkil edilib.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, imtahanda ümumilikdə 352 namizəd iştirak edib. İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və iştirakçılara biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Namizədlər imtahanı bitirdikdə və ya ayrılan vaxt başa çatdıqda, qapalı tipli tapşırıqlar üzrə nəticələrlə tanış olmaq imkanı əldə ediblər. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması müəyyən zaman aldığından, yekun imtahan nəticələrinin 6 həftə ərzində elan olunması planlaşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600