!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİM ümumtəhsil müəssisələrinin rəhbərlərinə müraciət etdi

!Reklam – Yazi

2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların həmin təhsil müəssisələri tərəfindən “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və ilkin təsdiq edilməsi prosesi yekunlaşmaq üzrədir.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, ümumtəhsil məktəbləri tərəfindən tam orta təhsil səviyyəsi (XI sinif) üzrə sayı təqdim edilmiş 98 777 nəfərdən 98 603 (99.82%) nəfər şagird, ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə sayı təqdim edilmiş 145 061 nəfərdən 144 585 (99.67%) nəfər şagird, peşə təhsili müəssisələri tərəfindən tam orta təhsil səviyyəsi üzrə sayı təqdim edilmiş 2834 nəfərdən 2802 (99.87%) nəfər şagird barədə məlumatlar “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmişdir.

Buraxılış imtahanlarının keçirilməsinə az müddət qaldığını nəzərə alaraq məlumatları sistemə daxil edilməmiş şagirdlərin təhsil aldığı ümumtəhsil müəssisələri rəhbərlərinin və əlaqələndiricilərinin nəzərinə çatdırırıq ki, buraxılış sinif şagirdlərinin məlumatları sistemə vaxtında, düzgün və tam şəkildə daxil edilməlidir. Həmçinin həmin şagirdlərin valideynlərindən xahiş olunur ki, övladları üçün şəxsiyyəti təsdiq edən sənədi vaxtında əldə edərək məktəbə təqdim etsinlər.

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv