DİN aksiya ilə bağlı açıqlama verdi

media-hightechnic-468x90

434250DSF“Bu gün vətəndaşların azsaylı bir qrupu kütləvi aksiyaların keçirilməsi haqqında qanunların tələblərini pozaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış qanunsuz etiraz aksiyası keçirməyə cəhd göstərib”.

Bunu  açıqlamasında Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

“Paytaxtın mərkəzində ictimai asayişi qoruyan hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyanın qarşısını alıblar. 8 nəfər saxlanılıb. Müvafiq araşdırmalar aparılır” – deyə Ehsan Zahidov bildirib.

Qeyd edək ki, bu gün günorta saatlarında bir qrup şəxs paytaxtın Nizami küçəsində (“Tarqovu”) aksiya keçirməyə cəhd edib. Aksiyanın səbəbi kimi manatın məzənnəsinin düşməsi ilə bağlı yaranan süni qiymət artımı göstərilir (virtualaz.org).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600