Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİN-dən Bakıdakı atışma ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Yenicag.az-a bildirilib ki, avqustun 5-də Nərimanov rayonunun Atatürk prospektində naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Sədiyevin sağ ayaq nahiyəsinə odlu silahdan açdığı atəşlə xəsarət yetirib.

Z.Sədiyev xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir.

Bakı şəhər Baş Polis İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini R.Sadıqov saxlanılıb.

www.yenicag.az

3814