Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
www.yenicag.az