DİN-dən əməliyyat - İrandan narkotik gətirən şəxs tutuldu - FOTO

media-hightechnic-468x90

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

media-banner_tkm

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonunun Kolanlı kənd sakini Ruhid Həbibov saxlanılıb.

Ondan 119 qram çəkidə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı R.Həbibovun narkotik vasitəni İran İslam Respublikasından əldə edərək qaçaqmalçılıq yolu ilə respublika ərazisinə keçirdiyi müəyyən edilib.

Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05