DİN kiberdələduzluqlar barədə xəbərdarlıq etdi

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyi bir daha vətəndaşları şəxsi və bank kartı məlumatları ilə bağlı təhlükəsizlik tədbirlərinə ciddi yanaşmağa çağırıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

“Cihazınıza yüklədiyiniz tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmayın. Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir.

Tətbiqləri yükləyərkən nələrə diqqət etməlisiniz?

– Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin;

– Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin;

– Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət yetirin;

– Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın”, – o qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05