!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN Sumqayıtda baş verən qətllə bağlı məlumat yaydı

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, sentyabrın 25-də saat 21 radələrində Sumqayıt Şəhər Polis İdaərisinin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini Mətləb Qədirov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

www.yenicag.az

3304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv