!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dincəlməyi bacarmaq məqsədlərə çatmağa kömək edir

!Reklam – Yazi

Hedonizm (həyatdan həzz almaq) sadəcə xoşbəxtlik gətirmir, həm də özünənəzarət və güclü iradəyə sahib olmaq kimi məqsədlərə çatmağa kömək edir.

Yenicag.az xəbər verir ki, bu nəticəyə İsveçrənin Sürix Universitetinin alimləri gəlib.

Onların sözlərinə görə, insanın məqsədi müəyyən idman formasını toplamaqdırsa, ona istənilən divanda dincəlmək və ya dadlı yeməkdən həzz almaq zərər verməz. Bununla belə, araşdırmaçılar vurğulayıblar ki, gərgin iş və hedonizm epizodlarını növbəli, balanslaşdırılmış şəkildə etmək lazımdır.

Bildirilib ki, insanlar özlərini bir neçə həftə və ya ay, məsələn, sərt pəhriz çərçivəsində saxlayanda sevinməyə alışırlar. Ancaq sadəcə bir dəfə sevimli desertin dadına baxmaq onlarda günahkarlıq hissini oyadır.

“Uzunmüddətli məqsədlər haqqında düşüncələr dincəlməyə imkan vermir, ancaq bunu da etmək vacibdir”, – psixoloqlar bildiriliblər.

Qeyd olunub ki, vicdan əzabı çəkmədən dincələ bilən və ara-sıra şəxsi qaydalarını pozanlar öz yüksək rifah hissi ilə fərqlənirlər. Bundan başqa, onlarda depressiya və təşviş pozuntusu riski xeyli azalır.

“Hedonizm və uzunmüddətli məqsədlər bir-birinə zidd olmamalıdırlar. Onlar gözəl əhval üçün vacibdirlər”, – araşdırmanın həmmüəllifi Katarina Berneker söyləyib.

Qeyd edək ki, hedonizm qədim yunan filosofu Aristippin təlimidir. Təlimə görə, həzz hissi həyatda ən ali məqsəddir./Report/

www.yenicag.az

739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv