Yeni Zelandiyanın hərbi attaşesi ABŞ-ın paytaxtı Vaşinqtonda səfirliyin tualetinə gizli kamera yerləşdiribmiş.
Yenicag.az bildirir ki, bu haqda “New Zealand Herald” qəzeti məlumat yayıb.
2017-ci ilin iyulundan etibarən fəaliyyət göstərən gizli kamera ventilyasiya deşiyində aşkar edilib.
Yeni Zelandiya polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində məlum olub ki, hadisənin arxasında Alfred Kitinq adlı Hərbi-Dəniz Qüvvələrlərinin 58 yaşlı komandiri durur. O, yeni Zelandiyanın ABŞ-dakı ən yüksək hərbi nümayəndəsi idi.
Artıq istefada olan hərbi səfirin evinə baxış keçirilərkən, müstəntiqlər onun ev kompüterində gizli kameradan çəkilənləri göstərən xüsusi proqram aşkar ediblər. Bu sübut, onun ittiham olunaraq həbsinə kifayət edir.
Zaur H.
www.yenicag.az