Prezident İlham Əliyev Esvatininin yeni səfirini qəbul edib - YENİLƏNİB

media-hightechnic-468x90

Prezident İlham Əliyev aprelin 14-də Esvatini Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Sibusisive Mnqomezulunu qəbul edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Səfir Esvatininin Kralı Əlahəzrət III Msvatinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Esvatini Kralına çatdırmağı xahiş edib.

Dövlət başçısı Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş sammiti zamanı Esvatini Kralının Azərbaycana səfərini məmnunluqla xatırladaraq, onun gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun sessiyasında iştirak edəcəyinə ümidvarlığını bildirib.

Prezident İlham Əliyev Azərbaycan ilə Esvatini Krallığı arasında siyasi dialoqun səviyyəsindən məmnunluğunu ifadə edib, digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün yaxşı potensialın olduğunu deyib.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyevin Azərbaycana uğurla rəhbərlik etdiyini vurğulayan səfir Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, həmçinin iqtisadi inkişaf sahəsində əldə edilmiş uğurlar ilə bağlı təbriklərini çatdırıb.

O, həmçinin regionda sülhün əldə edilməsində dövlət başçısının diplomatik səylərinə və roluna toxunaraq, bununla bağlı da Prezident İlham Əliyevi təbrik edib.

Səfir ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

O, ölkəsinin Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurasının sədri qismində Afrika qitəsində sülhün təmin olunması istiqamətində ardıcıl səylərini davam etdirdiyini vurğulayıb.

Söhbət zamanı Azərbaycan ilə Esvatininin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi qeyd edilib, energetika, elm, təhsil, humanitar, turizm, ətraf mühitin mühafizəsi, mədəniyyət və digər sahələrdə münasibətlərin qurulması üçün əlverişli imkanların olduğu bildirilib, potensial əməkdaşlıq sahələri ilə bağlı müzakirələrin aparılması üçün müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəminə toxunulub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Esvatini Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulunu qəbul edib.

media-69ddfe1199cda69ddfe1199cdb177615617769ddfe1199cd869ddfe1199cd9 media-69ddfe1195f5869ddfe1195f59177615617769ddfe1195f5669ddfe1195f57 media-69ddfe1190d2169ddfe1190d22177615617769ddfe1190d1f69ddfe1190d20 media-69ddfe118731669ddfe1187317177615617769ddfe118731369ddfe1187315 media-69ddfe1176c9c69ddfe1176c9d177615617769ddfe1176c9a69ddfe1176c9b media-69ddfe119e5ff69ddfe119e600177615617769ddfe119e5fc69ddfe119e5fd

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05