Diplomatiyanın iflası: “BMT artıq heç bir əhəmiyyəti olmayan bir qurumdur!”

media-hightechnic-468x90

“Dünya artıq çoxqütblü idarəetmə sisteminə keçid etməlidir”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri hüquqşünas-politoloq Xəyal Bəşirov bildirib.

Hüquqşünas, beynəlxalq hüququn ciddi şəkildə pozulması fonunda dünyanın ehtiyacı olan yeni düzənin nədən ibarət olduğunu geniş şəkildə izah edib:

“Dünyada hazırda xaotik proseslərin şahidiyik. Şimalda Rusiya-Ukrayna müharibəsi artıq 5-ci ildir ki, davam edir. Cənubda uzun müddətdir davam edən İran-ABŞ/İsrail qarşıdurması zaman-zaman aktiv fazaya keçsə də, artıq bir aydır dəhşətli mərhələdədir. Eyni zamanda, Yaxın Şərqdə baş verənlər beynəlxalq hüququn nə dərəcədə işləmədiyini açıq şəkildə ortaya qoyur. Əslində beynəlxalq hüquq prinsipləri, Cenevrə və Haaqa konvensiyaları nəzəri baxımdan çox idealdır. Lakin kağız üzərində nə qədər mükəmməl olsa da, praktikada işləmirsə, onun heç bir əhəmiyyəti yoxdur. Beynəlxalq hüquq işləmirsə, deməli, BMT və digər təşkilatların da heç bir rolu qalmır”.

Hazırda dünyada baş verən müharibələr fonunda beynəlxalq hüququn kobud şəkildə pozulması hallarının artdığını bildirən X.Bəşirov, bütün münaqişələrin həqiqətdən uzaq bəhanələr üzərində başladığını diqqətə çatdırıb:

“Birinci Dünya müharibəsindən öncə mövcud olan sistem müharibə ilə dağıldı. 1815-ci ildə imzalanmış Vyana konvensiyası ilə dünyada müəyyən bir nizam qurulmuşdu. Həmin sistem iflasa uğradıqdan sonra Millətlər Cəmiyyəti yaradıldı, o da İkinci Dünya müharibəsinə qədər mövcud oldu. 1945-ci ildə BMT yaradıldı və yeni dünya düzəni formalaşdı. “Soyuq müharibə'”dövrünə təsadüf edən həmin illərdə ABŞ və SSRİ — Qərb və Şərq qütbləri arasında mübarizə aparılırdı. Sovet İttifaqı dağıldıqdan sonra isə yenidən bir dünya düzəni formalaşdı”.

“Sovetlərin süqutundan sonra dünyada çox ciddi proseslər baş verir. Bu əsrin əvvəllərində İraq, Suriya, Misir və Yəməndə “ərəb baharı” adı altında inqilablar baş verdi və indiyədək həmin ölkələrdə sabit idarəetmə sistemi formalaşmayıb. Elə bu da beynəlxalq hüququn işləməməsindən xəbər verir. Hazırda dünyanın bir çox yerində bir ölkənin digərinin daxili işlərinə qarışması beynəlxalq hüquq prinsiplərinin pozulmasıdır. Elə bir dövrə gəlib çıxmışıq ki, bir dövlət digərinin rəhbərini əməliyyat keçirərək həbs edib mühakimə edir. Eyni zamanda, Rusiya Ukraynaya hücum edərək “xüsusi əməliyyat” keçirdiyini elan edir. İstər ABŞ, istərsə də Rusiya hazırda “əməliyyat” bəhanəsi ilə başqa dövlətlərin hüquqlarını pozmaqda davam edir. Digər tərəfdən, İrana münasibətdə İsrail və Amerikanın atdığı addımlar, eləcə də Amerikanın müdaxilələri fonunda 40 gün ərzində dəhşətli faciələrin şahidi olduq. Bütün bunlar ondan xəbər verir ki, bu gün dünyada hüququn gücü yoxdur, “güclünün hüququ” var. Beynəlxalq hüquq və diplomatiya işləmək istəmir, BMT isə artıq əhəmiyyətini itirmiş bir qurumdur”.

Hüquqşünas qeyd edib ki, dünyanın yeni bir nizama ehtiyacı var:

“Bu gün baş verənlər göstərir ki, dünyada yeni bir nizama, yeni bir idarəetmə mexanizminin formalaşmasına ciddi ehtiyac var. Düşünürəm ki, birqütblü dünyanın fəsadlarını biz çox ağır şəkildə gördük. Dünyada birqütblü idarəetmə sistemi olmamalıdır və çoxqütblü sistem hazırda ən yaxşı versiyadır”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05