!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT! Bu ölkədən gətirilən kartoflar yararsız çıxdı

!Reklam – Yazi

Azərbaycana gətirilən ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkarlanıb.

Bu barədə Yenicag.az-a Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.

Bildirilib ki, “Əkinçi -10 2021” MMC tərəfindən Gürcüstan Respublikasında fəaliyyət göstərən “LIMA” şirkətindən və Rusiya Federasiyasında fəaliyyət göstərən S.N.Sovzıxonoviçə məxsus müəssisədən ölkəmizə idxal olunan 45 ton ərzaqlıq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm – kartof yumrularında halqavari bakterial çürümə (fitopatogen bakteriyalar: Clavibacter michiganensis subsp. Sepedonicus) aşkar olunub.

Aşkar edilmiş faktla bağlı məhsulun məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılmasına dair qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv