!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT! Hava ilə bağlı xəbərdarlıq edildi

!Reklam – Yazi

Azərbaycanda müşahidə olunan hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, avqustun 24-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri sabit keçəcəyi ,şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 22-si axşam, 23-ü gecə və səhər yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.

Avqustun 24-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək. Havanın temperaturu tədricən 5-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv