DMX-də Xocalı faciəsinə aid sərgi təşkil olunub

media-hightechnic-468x90

14249679605102460120_750x500Dövlət Miqrasiya Xidmətinin (DMX) aparatında miqyasına və dəhşətlərinə görə dünya tarixində bənzəri az olan Xocalı faciəsinə həsr edilən foto və kitab sərgisi açılıb.

Yenicag.az Azertac-a istinadən bildirir ki, Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə Xidmətdə və regional miqrasiya idarələrində mərasimlər təşkil olunub.

Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən DMX-nin rəis müavini Elman Əliyev Xocalı faciəsini insanlığa qarşı qətliam adlandırıb, bunun soyqırımı faktı olduğunu deyib. Bildirib ki, həmin vaxt Xankəndində yerləşən 366-cı alayın köməyi ilə erməni terrorçuları Xocalı şəhərini yerlə-yeksan edib, azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Mərasimdə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə diqqət çəkilib. Xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması və informasiya müharibəsində respublikamızın mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlər öz nəticəsini verməkdədir. Hazırda Azərbaycan dövləti, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır. Buna misal olaraq “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər, dünyanın müxtəlif ölkələrində gənclərimizin keçirdiyi aksiyalar, aparıcı təşkilatlara, beynəlxalq qurumlara Xocalı müsibətini əks etdirən məlumatların göndərilməsi təqdir olunmalıdır. Ümumiyyətlə, Azərbaycan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünyaya çatdırmağa və hətta bir sıra ölkələrin parlamentlərində müvafiq hüquqi sənədlərin qəbuluna nail olub.

Mərasimin sonunda Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600