!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Doğum gününü Vətəndən uzaqda qeyd edən AKTYOR: “Ən böyük sirdaşım yaşımdır”

!Reklam – Yazi

“Mənə elə gəlir ki, həyatda ən böyük dostum yaşımdır”.

Bu sözləri doğum gününü qeyd edən tanınmış aktyor İlqar Musayev təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.

Aktyor doğum günün uzan Sankt-Peterburqda çəkiliş meydançasında qeyd etdiyini bildirib:

“Doğum günümü Sankt-Peterburqda qeyd edirəm. Qeyd edirəm, deyəndə ki, burada müəyyən sanksiya var, sosial şəbəkələrə daxil ola bilmirəm, yəni o ab-havanı yaşaya bilmirəm. Hazırda böyük bir ekran işində çəkilirəm, bir müddətdir ki, buna görə Vətəndən uzaqdayam. Aktyor üçün çəkiliş meydançasında olmaqdan böyük sevinc ola bilməz. Mən də özəl günün sevincini belə yaşayıram. Filmdə əsas obrazlardan birini canlandırıram. Daha əraflı Bakıya dönəndə açıqlama verəcəyəm. Çünki müyyən müqavilə şərtlərinə görə filmlə bağlı ətraflı bilgi verə bilmirəm”.

Aktyor “rəqəmlərin sizin üçün əhəmiyyəti varmı, yaş üstə yaş gəldikcə rəqəmlərə münasibətiniz dəyişirmi?” sualını da cavablandırıb:

“Ən böyük dostum yaşımdır. Yaşadığım illər, ötüb-keçən ömrüm, günüm, ən yaxın dostum, sirdaşım yaşımdır. Hansı ki, mənimlə bu yolu bərabər davam etdirir”.

Cəvahir

COP29

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv