Doktoranturaya elektron sənəd qəbulu başlayır

media-hightechnic-468x90

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.

media-banner_tuq

Elm və Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, qəbul prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir.

Sənəd qəbulu 9 iyun saat 18:00-da yekunlaşacaq.

Sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə, o cümlədən elmi müəssisə və təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az-da “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari status və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05