Dollar düşür, neft qalxır

media-hightechnic-468x90

56931Dolların məzənnəsi aparıcı dünya valyutalarına nisbətən zəiflədikcə, dünya bazarlarında neftin qiyməti bahalaşır.

media-banner_tuq

Bu gün səhər saatlarında dünya birjalarında Brent neftinin qiyməti 0,46% artaraq barrel üçün 54,68 dollara çatıb. Amma Texas neftinin qiyməti 0,11% ucuzlaşaraq barrel üçün 43,91 dollar olub.

ABŞ federal rezerv sisteminin iclasından sonra dolların qiyməti düşür və neft bahalaşır.

Bu proses Azərbaycanda da özünü göstərir. Mərkəzi Bankın verdiyi məlumata görə, dünən 1 avro kəskin bahalaşaraq 1.1118 manatdan 1.129 manata qalxıb. Əvəzində ABŞ dollarının məzənnəsi isə manata nisbətdə ucuzlaşıb. Belə ki, 1 ABŞ dolları 1.0488-dən 1.0486-a düşüb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05