Dolların bu günə olan məzənnəsi

media-hightechnic-468x90

15994dollarBu gün dekabrın 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi ucuzlaşıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 15-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 14-ü ilə müqayisədə 0,0003 manat və ya 0,03% azalaraq 1,0491 manat olub. Xatırladaq ki, axırıncı dəfə bu göstərici noyabrın 3-də qeydə alınıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası bu gün 0,0062 manat və ya 0,54% bahalaşaraq 1,1563 manata yüksəlib. Noyabr-dekabr ayları ərzində avronun məzənnəsində ən yüksək göstərici noyabrın 3-də və 4-də qeydə alınıb: müvafiq olaraq 1,1558 və 1,1571 manat. Beləliklə, avronun məzənnəsi 2 aylıq maksimumu yeniləməyə yaxındır.

Manata nəzərən Rusiya rublunun məzənnəsi ötən gün olduğu kimi, yəni, 0,0149 manat səviyyəsində qərarlaşıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600