Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dolların indeksi yüksəlir

Bugünkü ticarət sessiyasında dolların indeksi 0,29% möhkəmlənərək 100,67 bənd səviyyəsinə çatıb.

Yenicag.Az  xəbər verir ki, ötən gün dolların indeksi 99,793 bənd səviyyəsinədək ucuzlaşıb ki, bu da 7 həftəlik minimumdur.

Avro 0,09% ucuzlaşaraq 1,067 dollar səviyyəsinə çatıb. Beləliklə, Avrozonanın vahid valyutası ötən gün olduğu kimi, neqativ tendensiya nümayiş etdirir.

Dollar Yaponiya yeninə qarşı 0,4% möhkəmlənərək 114,95 yenə çatıb.
Funt sterlinq də dollara nisbətən ucuzlaşır – adıçəkilən valyutanın məzənnəsi 0,18% zəifləyərək 1,2561 dollar səviyyəsinə enib.

Birja iştirakçıları bildirir ki, dolları ABŞ iqtisadiyyatı ilə bağlı açıqlanan statistika bahalaşdırır. Ötən gün ABŞ-ın əmək bazarı, tikinti sektoru ilə bağlı müsbət statistik göstəricilər açıqlanıb.

Yenicag.Az

Loading...

www.yenicag.az

438
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100