Dolların məzənnəsi illik maksimumu yeniləyib
Bu gün aprelin 9-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bir qədər möhkəmlənib.
Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 10-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0005 manat və ya 0,05% bahalaşaraq 1,0520 manat səviyyəsində qərarlaşıb.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0093 manat və ya 0,82% ucuzlaşaraq 1,1235 manat olub.