“Donetsk hava limanına tam nəzarət edirik”

media-hightechnic-468x90
cfUkraynanın Donetsk beynəlxalq hava limanı güc strukturlarının nəzarətindədir.

Bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov deyib. O bildirib ki, mayın 26-da separatçılar tərəfindən ələ keçirilmiş Sergey Prokofyev adına hava limanına hazırda Ukrayna dövləti tam nəzarət edir: “Düşmən ciddi itki verib, bizdə itki yoxdur. Əməliyyat bu gün səhərdən davam edir”.

Nazir separatçı-terrorçu qrupların dəqiq nə qədər itki verdiyini bilmədiyini, lakin bu itkilərin onlarla olduğunu söyləyib.

Xatırladaq ki, Ukrayna ordusu mayın 26-da hərbi aviasiyanın iştirakı ilə Donetsk hava limanı və ətrafında antiterror əməliyyatı keçirib. Əməliyyat nəticəsində çoxlu sayda silahlı separatçı məhv edilib. Təkcə şəhərin içərisində separatçılarla dolu yük avtomobilinin bombalanması nəticəsində azı 35 silahlı ölüb. Hava limanının içərisində və ətrafında nə qədər terrorçunun öldürüldüyü bəlli deyil. Bəzi məlumatlara görə, aralarında Rusiya Federasiyasının Çeçenistan Muxtar Respublikasının rəhbəri Ramzan Kadırovun göndərdiyi çeçenlərin də olduğu separatçı-terrorçu qruplaşmaların ümumi itkisi 100 nəfərdən çox olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600