Donetskdə bir azərbaycanlı biznesmen öldürülüb

media-hightechnic-468x90

c71a8cebcceff5b40ec9e874fa7ad1a7Ukraynanın Donetsk vilayətində bir azərbaycanlı iş adamı naməlum şəxslər tərəfindən öldürülüb, digəri isə yaralanıb.

Donetsk Azərbaycanlıları Konqresindən verilən məlumata görə, iş adamı, Ukrayna vətəndaşı, 42 yaşlı Talıb Tağıyevin avtomobili ötən həftənin sonunda Donetsk şəhərinin kənarında naməlum şəxslər tərəfindən gülləbaran edilib, nəticədə o, yerindəcə keçinib.

Bundan iki gün sonra isə digər iş adamı, Ukrayna vətəndaşı 55 yaşlı Said Səmədov Donetsk şəhərindəki kafelərin birindən çıxarkən naməlum avtomobildəki şəxs tərəfindən güllələnərək ağır yaralanıb. O, hazırda Donetsk vilayətindəki xəstəxanaların birindədir, vəziyyətinin normal olduğu bildirilir.

Hadisə ilə bağlı Ukrayna hüquq-mühafizə orqanları araşdırma aparır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600