"Dörd gündən çoxdur istilik verilmir" - ŞİKAYƏT

media-hightechnic-468x90

Bakı şəhəri, Xətai rayonunun sakinləri istilik verilişində yaranan fasilədən şikayətçidirlər.

Yenicag.az xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən ərazidə 4 gündən çoxdur istilik verilmir.

“Hər il eyni şey yaşanır. Dekabr ayında da istilik verilişi dayandırılmışdı. Artıq bu ay da 4 gündən çoxdur istilik yoxdur. Göstərilməyən xidmətə görə, ödəniş tələb olunur. İstiliyin qiyməti qaldırılıb, amma “Azəristiliktəchizat”ın xidmətinin keyfiyyəti daha da pisləşib”, – deyə sakinlər durumdan gileyləniblər.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətindən (ASC) sorğumuza cavab olaraq bildirilib ki, sözügedən ərazidə xətdə problem yaşanıb:

“Ərazidə xətdəki problemin aradan qaldırılması üçün təmir işləri görülür. Ən qısa vaxtda problem həll ediləcək”./Oxu.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600