Dörd nəfər saxlanıldı

media-hightechnic-468x90

qandal-saxlama25 fevral-2 mart tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib.

ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, Qəbələ rayonu ərazisində keçirilmiş reyd zamanı ov edən Qəbələ rayon Nic qəsəbə sakini Olik Seyranov saxlanılıb və ondan 1 ov tüfəngi götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı ov edən Masallı rayon sakinləri Zamin Abbasov və Yaşar Qafarov saxlanılaraq onlardan 2 ov tüfəngi, 51 patron və 2 ədəd ovlanmış qaşqaldaq quşu götürülüb. Qanun pozucuları barəsində müvafiq qaydada akt, protokol tərtib olunub və təqsirkar şəxslər ümumilikdə 2000 manat məbləğində cərimə edilib.

Qəbələ rayonu Kürd kəndi ərazisində keçirilmiş reyd zamanı isə ovla məşğul olan Qəbələ rayon Mamayıl kənd sakini Şafiq Zahidov saxlanılıb və ondan 1 ov tüfəngi götürülüb. İnzibati xətaya yol vermiş şəxs barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600