Dosentin boğazını iş otağında kəsdilər

media-hightechnic-468x90

ju9Türkiyənin Konya şəhərinin Səlcuq Universitetində dəhşətli hadisə baş verib.

Universitetin 42 yaşlı dosenti Celalettin Özdemir iş otağında boğazı kəsilərək öldürülüb. Mətbuatın yazdığına görə, 2 uşaq atası olan Özdemir həyat yoldaşıyla 6 ay əvvəl boşanıbmış.

İşin üstü isə dosentin yaxınları tərəfindən axtarılmasından sonra açılıb. Belə ki, neçə gündür onunla heç cür əlaqə saxlaya bilməyən qohumları Səlcuq Universitetini rəhbərliyinə müraciət ediblər. Fakültədəki iş yoldaşları da onu 2 gündür görmədiklərini deyincə, ali məktəbə hüquq-mühafizə orqanlarının əməkdaşları dəvət eidilib.

Özdemirin otağının qapısını sındırıb içəri girən polislər onun qan içində olduğunu görüblər. Polis və prokurorluq işçiləri tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, Özdemir həm də bədənindən bıçaq xəsarətləri alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600