“Dost qapısı”nda karantini pozanlar CƏRİMƏLƏNDİ - FOTO

media-hightechnic-468x90

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Xətai RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Sadıqcan küçəsində yerləşən “Dost qapısı” kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarını pozan şəxslər saxlanılıblar.

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin sahibi A.Novruzov 2 000 manat, digərləri 200 manat cərimə olunublar.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05