“Dostuna deyib ki…” - Anası şəhid mayorun SON VƏSİYYƏTİNİ AÇIQLADI - VİDEOMÜSAHİBƏ

media-hightechnic-468x90

Tanınmış jurnalist Sara Safuranın təqdimatında Yenicag.az-ın “Zəfər yolu” adlı layihəsinin növbəti buraxılışı Azərbaycan Ordusunun mayoru, “Tənha canavar” ləqəbli, 36 yaşlı şəhid kəşfiyyatçı Elçin Elşən oğlu Mansurova həsr olunub.

Şəhidin anası Məleykə Məcidova oğlunun həyat hekayəsini danışıb.

Əslən Yardımlı rayonunun Kürəkçi kəndindən olan Elçin Mansurov Bakının Binə qəsəbəsində doğulub. 2003-cü ildə yüksək balla Heydər Əliyev adına Azərbaycan Hərbi Akademiyasına qəbul olub. Hərbi xidmətinin 13 ili Tovuz, Göygöl, Murov, Füzuli istiqamətində keçib.

Elçin Mansurov oktyabrın 11-də II Fəxri Xiyabanda, general Polad Həşimovun məzarının yaxınlığında dəfn olunub.

Şəhid mayor Vətən Müharibəsi Qəhrəmanı adı, “Vətən uğrunda” medalı ilə yanaşı, “Füzulinin azad olunmasına görə medalı” və “Xocavəndin azad olunmasına görə medalı” ilə də təltif edilib.

Daha ətraflı videonu təqdim edirik:

https://youtu.be/fcNnABqf0vM

Cəvahir
Cavid

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600