Dövlət büdcəsinin xərclərində qeyri neft-qaz sektorunun payı müəyyənləşdi
2026-cı il üzrə isə dövlət büdcəsinin cari xərclərinin 88,1 faizi qeyri neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanacağı proqnozlaşdırılır.
Yenicag.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu da 2025-ci illə müqayisədə 7,1 faiz çoxdur.
Belə ki, 2024-cü ilin icrasına əsasən qeyri neft-qaz gəlirlərinin artımının (14,8 faiz) cari xərclərin artımını (5,3 faiz) üstələməsi cari xərclərin qeyri neft-qaz gəlirləri hesabına təmin olunma səviyyəsinin artması ilə nəticələnib. 2024-cü ildə qeyri neft-qaz gəlirlərinin cari xərclərə nisbəti əvvəlki illə müqayisədə 7,5 faiz artıb. Ümumilikdə 2024-cü ildə qeyri-neft gəlirləri büdcənin cari xərclərinin 91,8 faizini əhatə edib.
2025-ci ilüçün isə bu göstərici 81 faiz səviyyəsində proqnozlaşdırılmışdı.
Sənəddə qeyd olunur ki, ortamüddətli dövrün sonuna qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları hesabına cari xərclərin tam qarşılanması proqnozlaşdırılır ki, bu da öz növbəsində qeyri-neft gəlirlərinin artırılması ilə yanaşı dövlət xərclərinin optimallaşdırılmasını zəruri edir.
Məlik Məlikov