Dövlət Komissiyasının tərkibi dəyişdi – Sərəncam

media-hightechnic-468x90

345135_456625serencamPrezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2010-cu il 16 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

media-banner_tuq

Sərəncamda qeyd olunur ki, “Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 16 iyul tarixli 1035 nömrəli sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

– “Mahmud Kərimov” sözləri “Akif Əlizadə” sözləri ilə, “Əli Şəfiyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini” sözləri “İsmayıl Bağırov – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini” sözləri ilə, “Fuad İsmayılov” sözləri “Qalib İsrafilov” sözləri ilə, “Siyavuş Azakov – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi” sözləri “Vüqar Hüseynov – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi rəisinin müavini” sözləri ilə əvəz edilsin və həmin sözlərdən sonra “Adil Qəribov – Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri əlavə edilsin;

– “Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri” sözlərindən sonra “Ramin Quluzadə – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” və “Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri” sözləri, “Abbas Vəlibəyov – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözlərindən sonra “Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini” sözləri əlavə edilsin.

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişikliklər barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə bildiriş göndərmək tapşırılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05