Dövlət müəssisələrinə subsidiyalar əhəmiyyətli dərəcədə artdı

media-hightechnic-468x90

2022-ci ildə dövlət müəssisələrinə subsidiyalar əhəmiyyətli artaraq cəmi subsidiyalarda ən yüksək xüsusi çəkiyə sahib olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, hesabat ilində dövlət büdcəsində subsidiyalar üzrə 1401,7 mln. manat məbləğində vəsait icra edilmişdir ki, bu da proqnozla müqayisədə 2,6% az, 2021-ci ilin icrası ilə müqayisədə isə 1,2% çoxdur. Subsidiyanın əvvəlki illə müqayisədə artımı dövlət müəssisələrinə subsidiyaların 25,0% artımı, qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə digər subsidiyaların isə müvafiq olaraq 26,6% və 13,0% azalması fonunda baş vermişdir.

Dövlət müəssisələrinə subsidiyaların əhəmiyyətli artımı nəticəsində bu subsidiyaların cəmi subsidiyalarda payı 9,5 faiz bəndi artaraq 49,8%-ə yüksəlmiş və ən yüksək xüsusi çəkiyə sahib olmuşdur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05