Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

media-hightechnic-468x90

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Yenicag.az-a verilən məlumata görə, imtahan martın 15-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə keçiriləcək.

İmtahan kompüter vasitəsilə aparılacaq (İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

İmtahanda iştirak etmək üçün qeydiyyat 13 mart saat 15:00-dək aparılacaq. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcək.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600