Dövlət Vergi Xidmətindən sahibkarlara XƏBƏRDARLIQ

media-hightechnic-468x90

Martın 27-si və 31-i bir sıra vergi bəyannamələrinin təqdim edilməsi üçün son gündür.

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş adamlarına etdiyi xəbərdarlıqda bildirilir.

Qurum bəyan edib ki, martın 27-nə qədər uduşlardan əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi, əlavə dəyər vergisi, aksiz, yol vergisi, mədən vergisi, daşınmaz əmlak üzrə sadələşdirilmiş vergi, pul vəsaitlərinin nağd qaydada çıxarılmasına görə sadələşdirilmiş vergi, martın 31-nə qədər isə gəlir, mənfəət və əmlak vergisi üzrə bəyannamələr təqdim edilməlidir.

Vergi hesabatının vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600