Xalq artisti: “Atam dünyasını dəyişəndə 40 gün evdən çıxmadım”
“Atam dünyasını dəyişəndə 40 gün evdən çıxmadım”.
Yenicag.az xəbər verir ki, bu sözləri xanəndə, Xalq artisti Zabit Nəbizadə “Qonaqcanlı” verilişində deyib.
O, tələbəsi Mirələm Mirələmov atasını itirəndən sonra ona valideyn məsləhəti verdiyini bildirib:
“Atam dünyasını dəyişəndə 40 gün evdən çıxmadım. Sonra qulağıma sözlər gəlib çatdı, dedilər ki, Zabit Nəbizadə atasının ölümündən sonra daha toylara getmir. Camaata belə şeyləri yayırlar. Mirələm atasını itirəndən sonra ona dedim ki, 3, 7 mərasimini yola verək, sonra toyların varsa, get oxu. Çünki sən xalqın sevilən sənətkarısan. Sonra da deyəcəklər, Mirələm toylara getmir. Həm də camaatdan beh almısan, hamısını da qaytarmaq olmur. Bunu valideyn kimi ona məsləhət gördüm. İndi toylara gedir, getmir, bilirəm, amma övladımın toyunda mənim yanımda idi. Bunu ondan gözləyirdim də… Sağ olsun, gəldi”.
Nehru













